Yaradılış Dəlilləri - 2/2
(Fosillər Təkamülü Təkzib Edir)
50 milyon illik bu qızılağac yarpağı canlıların milyonlarla ildir dəyişmədən qaldığını göstərən milyonlarla nümunədən biridir. Təkamülçülərin ara-keçid növü olaraq iddia etdikləri bir çox qalıq, əslində, heç bir şəkildə ara-keçid qalığı xüsusiyyəti göstərməyən fərqli növdə kompleks canlılara aiddir. Bunların bir qisminin saxtakarlıq nümunələri olduğu qəti olaraq ortaya çıxmışdır. Fosillər bu həqiqəti təsdiq edir.
Üstdə 54-37 milyon illik qızılağac yarpağı fosili və dövrümüzdəki qızılağac yarpağı |
Hörümçəklərin həmişə hörümçək, arıların həmişə arı və skatların həmişə skat olduğu kimi, dovşanlar da həmişə dovşan olaraq var olublar. Təkamülün əsassızlığını göstərən saysız fosil tapıntısı qarşısında darvinistlər məğlub olmağı qəbul etməlidir. Şəkildəki 33 milyon illik dovşan fosili də darvinistlərin məğlubiyyətini bir daha vurğulayır və bütün canlıların Allah tərəfindən yaradıldığını göstərir.
33 milyon illik dovşan kəllə sümüyü fosili |
İlan, timsah, dinozavr və ya kərtənkələ kimi sürünənlər bir-birlərindən kəskin şəkildə fərqlənirlər. Təkamülçülər onların quruluşuna baxıb bu fərqli qruplar arasında müəyyən təkamül əlaqəsinin olduğunu fərz edirlər. Amma bunun fosil qeydlərinə əsasən, hər hansı bir dəlili yoxdur. Digər yandan, hər bir sürünən növünün özünəməxsus xüsusiyyətləri ilə bir anda var olduğunu və var olduğu müddət boyu heç bir dəyişikliyə uğramadığının fosil dəlilləri vardır. Bu dəlillərdən biri də şəkildəki 50 milyon illik ilan fosilidir.
Üstdə 50 milyon illik ilan fosili və yanında milyonlarla il öncəki halı ilə tamamilə eyni olan dövrümüzdəki ilan görünür. |
Mürəkkəb balıqlarının tarix boyu eyni olaraq var olduğunu sübutu olan şəkildəki 95 milyon illik fosil təkamülçülərin iddialarına meydan oxuyur. Mürəkkəb balıqlarının təkamül keçirdiyinə dair ən xırda dəlil belə göstərə bilməyən təkamülçülər fosil qeydləri qarşısında pərişan vəziyyətdədirlər.
Kafatası Fosilleri.com Üstdə Livanda tapılan 95 milyon illik mürəkkəb balığı fosili görünür. Onun üstündə isə dövrümüzdə yaşayan və 95 milyon il öncəki halı ilə eyni xüsusiyyətlərdə olan bir mürəkkəb balığı. |
Era: Paleozoy
Dövr: Ordovik Yaş: 490-443 milyon il Yer: Fas
Dəniz ulduzları, ümumiyyətlə, dənizin dibində yaşayırlar. 7000 metr dərinlikdə yaşayan növləri vardır. Təxminən yarım milyard ildir ki, heç dəyişmədən nəsillərini davam etdirən bu canlılar qarşısında təkamülçülər çarəsizlik içindədirlər. Çünki sözü gedən canlılar on, yüz və ya iki yüz milyon deyil, təqribən beş yüz milyon ildir ki, eynidirlər.
Fosil Muzeyi.com Üstdə fosili ilə birlikdə dövrümüzdə yaşayan dəniz ulduzu nümunəsi |
Darvinistlər tısbağaların çanaqlı quruluşuna açıqlama gətirməlidirlər. Bütün bunların xəyali təkamüli müddətdə necə təsadüfən inkişaf etdiyini göstərməli və buna dair dəlillər ortaya qoymalıdırlar. Darvinistlər müntəzəm olaraq -şəkildə görülən 37-23 milyon illik tısbağa fosili nümunəsində olduğu kimi- yaşayan fosillərlə qarşılaşacaqlar.
Təkamül Saxtakarlıqları.com Üstdə 37-23 milyon illik tısbağa fosili |
Era: Kaynozoy
Dövr: Eosen Yaş: 45 milyon il Yer: Litva
Bu qurbağa cinsinin bir qismi arxa ayaqları ilə torpağı qazıb içində yaşayır, digər qismi isə sulu mühitlərdə yaşayır. Darvinistlər amfibiyaların əcdadının balıq olduğunu iddia edirlər. Lakin buna dair heç bir dəlilləri yoxdur. Tam əksinə, elmi tapıntılar iki növün arasında böyük anatomik fərqliliklər olduğunu və birinin digərindən törəməsinin qeyri-mümkün olduğunu göstərir. Bu elmi tapıntıların biri də fosil qeydləridir.
Yuxarıda 50 milyon illik qurbağa fosili Üstündə milyonlarla il öncə də yaşamış qurbağaların dövrümüzə heç bir dəyişikliyə uğramadan gəlmiş nümunəsi görünür. |
Ümumiyyətlə, tropik bölgələrdə yaşayan timsahların məlum olan ən əski nümunələri bundan təxminən 200 milyon il öncə yaşamışdır. Timsahların yüz milyonlarla il boyu dəyişmədiyini sübut edən fosil tapıntıları, eyni zamanda, təkamülü saf-çürük edir və bütün canlıları Allahın yaratdığı həqiqətini göstərir.
Darwinist Telkinler.com 54-37 milyon illik timsah kəlləsi fosili. |
"Belonidae" fəsiləsinə daxil olan durna balıqları uzun və incə quruluşa malikdirlər. Sıçrayıb suyun üzünə çıxa bilir və quyruqları üzərində suya yenidən dönə bilirlər. Bunu düşmənlərindən qaçmaq üçün edirlər.
İnkar Eden Evrimciler.com Üstdə Livanda tapılmış 95 milyon illik durna balığı fosili və dövrümüzdə yaşayan bir durna balığı |
Fosil qeydləri təkamül nəzəriyyəsinə ən böyük zərbə vuran tapıntılardan biridir, çünki:
1. Təkamülçülər canlıların sürəkli kiçik dəyişikliklər keçirib ibtidaidən aliyə doğru irəlilədiyini iddia edirlər. Fosil tapıntıları isə canlıların yüz milyonlarla il boyunca ən kiçik bir dəyişikliyə belə uğramadığını isbat etmişdir. 2. Təkamülçülər bütün canlıların xəyali ortaq əcdaddan törədiklərini önə sürürlər. Bu günə qədər canlı növlərinin əcdadı kimi qəbul ediləcək tək bir dənə fosil nümunəsinə rast gəlinməmişdir. 3. Təkamülçülər canlıların bir-birindən törədiyini və bunu göstərən ara-keçid formalarının mövcudluğunu deyirlər. 150 il boyu aparılan tədqiqatlar nəticəsində bir dənə olsun belə ara-keçid canlılarına aid fosil tapılmamışdır. Böcek Fosilleri.com Üstdə 208-146 milyon illik krevet (xırda dəniz xərçəngi) fosili görünür. Almaniyada tapılan bu fosil ilə dövrümüzə aid olan krevet arasında heç bir fərq yoxdur. |
Darvinistlərin elmdən kənar iddialarına görə, sürünənlər yalnız quşların deyil, həm də məməlilərin əcdadıdır. Lakin bu iki canlı sinfi arasında böyük fərqliliklər var. Görəsən, necə olub ki, bir sürünən bədənində istilik istehsal etməyə başlamış və bunu idarə etmək üçün tərləmə mexanizmi əmələ gətirmiş, sonda isə pullarını tüklərlə dəyişmişdir? Darvinistlər bu suallara heç bir qaneedici cavab verə bilmirlər. Bundan başqa, bircə dənə də ara-keçid fosilinin tapılmaması bunun bir sübutudur.
Yuxarıda 23-5 milyon illik kaftar kəlləsi fosili və dövrümüzdəki kaftar |
Era: Oliqosen
Yaş: 25 milyon il Yer: Santyaqo, Dominikan Respublikası
"Scelionid" eşşəkarıları, ümumiyyətlə, tökülən yarpaqların altında yaşayırlar. Bu arıların çoxlu böcək növünə, xüsusilə onların yumurtalarına zərər verdiyi məlumdur. Şəkildə göstərilən "Scelinoid" arısına məxsus kəhrəba digər canlılar kimi eşşək arılarının da təkamül keçirmədiyini, bir anda mükəmməl xüsusiyyətlərə sahib olaraq yaradıldıqlarını göstərir.
Böcek Fosilleri.com Yuxarıda 25 milyon illik eşşəkarısı fosili |
Hiç yorum yok:
Yorum Gönder