14 Mayıs 2016 Cumartesi

Giriş

Giriş

Hal-hazırda içində olduğunuz otaqda tək deyilsiniz. Onsuz da özünüzü ən tək sandığınız zamanlarda belə siz heç bir zaman tək olmadınız. Allahın vəzifələndirdiyi yazıçı mələklər davamlı sizi izləyirlər. Ağzınızdan bir söz çıxmasın, dərhal yazırlar. Hər addımınızı, hər düşüncənizi, hər etdiyinizi, etməniz lazım olub da sonraya saxladığınızı, hamısını əskiksiz yazırlar. Kiçik-böyük heç bir şeyi ayırd etmirlər. Siz yatırsınız, onlar yenə yanınızdadırlar. Unutmaları ya da yanılmaları mümkün deyil, özlərinə buyrulanları qüsursuzca edirlər.
Digər tərəfdən sizə vəkil qılınan ölüm mələkləri də gözləyirlər. Nəyi? Sizə verilmiş olan müddətin dolmasını. Sizin üçün təyin edilən əcəl gəldiyində canınızı onlar təslim alacaqlar.
Bu arada, heç nəzərə almadığınız, hətta bəlkə də ağlınızdan belə keçirmədiyiniz gizli şahidləriniz də var: Əlləriniz, dəriniz, eşitmə və görmə duyğularınız. Hesab günü gəlib, bütün şahidlər bir yerə toplandığında Allahın diləməsiylə onlar da danışacaqlar. Əgər Allahdan qorxub çəkinənlərdən deyilsinizsə, sizin əleyhinizə şahidlik edəcəklər. Qısacası, böyük bir fövqəladəlikdən bəhs edilir, amma bütün bunlar böyük bir səssizlik içində davam edib gedir. Məhz dünyadaykən sizi bir an olsun tək buraxmayan bu kimi şahidlərin hamısı, hesab günü sizin üçün şahidlik etmək üzrə bir yerə gələcəklər. İnsan Allaha qul olsun deyə yaradılmışdır və imtahan edilir. Çox deyil, orta hesabla 60 il kimi bir müddət dünyada qalacaq və sonra Allahın hüzurunda həyatının hər anından hesaba çəkiləcək. Hər kəsin öz qazandıqlarını öyrənməsinin, yəni şahidlərin dindirilməsinin və kitabının əlinə verilməsinin ardından, sonsuz həyatı üçün Allah hökm verəcəkdir. Əgər kitabı sağ yanından verilsə, artıq o adam əbədi olaraq xilas olmuşdur. Amma kitabı sol yanından verilənlər isə o zaman belə deyəcək:
…“Kaş ki, kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ki, ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi”. (Haqqə surəsi, 25-29)
Artıq bundan sonra tutularaq, üzüstə süründürülərək bir daha heç çıxmamaq üzrə cəhənnəmə aparılacaqdır.
İnsanın bu pis sonluğa düşməsinin ardındakı səbəb, etdiklərinin hər an yazıldığını, bunların bir gün özünə bildiriləcəyini və hesab verəcəyini ümid etmədiyi üçün, Allahdan və Onun təhdidindən qorxub çəkinmədən həyatını bitirməsidir. Bu insan, axirətə, haqq-hesab gününə və cəhənnəm kimi dəhşət verici bir əbədi cəza yerinə qəti bir şəkildə iman etmədiyi üçün, etdiyi pis işlərdən ötəri qorxub çəkinməz və Allahın sərhədlərini tapdalamaqda bir qorxu görməz. Məhz Allah qorxusu, bir insan üçün həm imanının çox iti bir göstəricisi, həm də onun əbədi həyatını təyin edən çox əhəmiyyətli bir xüsusiyyətdir. İnsan, ancaq və ancaq Allahdan qorxub çəkinsə qurtulacaqdır.Hesab günü yaşanacaq hadisələri düşünərək qorxuya qapılmamaq isə mümkün deyil. Lakin bu qorxu yalnız iman edənlərə xas bir qorxudur. Çünki Allahın bir çox ayəsində təsvir etdiyi imtahan mühitinin, yazıçı mələklərin, şahidlərin və hər kəsin bir yerə gətirilib toplanacağı hesab gününün qəti bir həqiqət olduğuna ancaq möminlər qeyd-şərtsiz inanırlar və pis bir sonla qarşılaşmaqdan qorxurlar.
Sizin də etdiyiniz hər şey, anbaan qeydə alınır; bunları oxuduğunuz an da buna daxildir. Sürətlə Allaha hesab verəcəyiniz günə doğru gedirsiniz. Gəlin siz də Allahdan qorxun və Allahın məmnuniyyətini qazananlardan olun:
... Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!. (Bəqərə surəsi, 197)

Allah Quranda Ondan Qorxmağı Əmr Edir

Allah Quranda Ondan Qorxmağı Əmr Edir

Hər şeydən əvvəl yaxşı bilinməlidir ki, Allah qorxusu bəzi cahil insanların sandıqları kimi, yalnız peyğəmbərlərə, ya da övliyalara xas xüsusi bir üstünlük deyil, bütün iman edənlərin ürəklərində daşıdıqları və digər bütün insanların da daşımaları lazım olan bir duyğudur. Çünki Allah Quranda Özündən qorxmağını əmr etmişdir:
Ey iman gətirənlər, Allahdan qorxun. Hər kəs sabah üçün nəyi təqdim etdiyinə baxsın. Allahdan qorxun. Heç şübhəsiz Allah, etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18)
Allah qorxusu bəzi kəslərin düşündüyü kimi bir qorxu da deyil. Allah qorxusu, Allahı çox sevən, Ona könüldən təslim olmuş, Allahdan başqa dost və vəkil qəbul etməyən möminlərin, Allahın razı olmayacağı bir rəftar göstərməkdən, Allahın məmnun olmayacağı bir əxlaq üzərində olmaqdan şiddətlə çəkinməsi, var gücü ilə Allahın rəhmətini və razılığını istəməsi və bunun üçün cəhd göstərməsidir. Bütün insanları Allah yaratmışdır və onları özlərini bilib tanıdıqlarından daha yaxşı bilib tanıyır. Hər kəsin ürəklərində gizli olanı, gizlinin də gizlisini bilir. Nəfsinin insana nə cür vəsvəsələr verdiyindən, nə cür oyunlar oynayacağından da çox yaxşı xəbərdardır. Çünki nəfsi yaradan, ona imtahan üçün sərhəd tanımaz pislikləri və bundan çəkinməyi ilham edən Allahdır. Şeytanı da imtahan mühitinin bir parçası olaraq yaratmış və ona bu məqsəd istiqamətində bəzi xüsusiyyətlər vermişdir.
Allah qorxusu isə bu imtahan mühitində möminin ən böyük dayağı olacaq. Çünki Allah qorxusu adamı hər an Allahın istədiyi kimi davranmağa, Onu razı salmağa çalışmaya, şeytanın və nəfsinin istəklərindən çəkinməyə, onların hiylə və oyunlarına qarşı oyanıq və tədbirli olmağa sövq edəcək. Bu da, insana öz sərhəd tanımaz istəklərinə əməl etməyə çalışan nəfsin və şeytanın heç xoşuna gəlməyən bir vəziyyətdir.
Bu səbəblə, şeytan və nəfsi, insanı ən başda Allah qorxusundan uzaqlaşdırmağa çalışar. Allahdan qorxmağın gərəksiz, hətta səhv olduğu, əsl əhəmiyyətli olanın Allah sevgisi və ürək təmizliyi olduğu kimi batil təlqinlərlə onun Allahdan qorxub çəkinməsini maneə törətmək istəyər. Halbuki, Quranı oxuyan şüurlu bir insan, şeytanın bu cür təlqinlərinin heç bir həqiqəti olmadığını, tamamilə azdırmaq və aldatmaq məqsədi daşıdığını rahatlıqla görər. Çünki Allah, möminlərə Özündən qorxmalarını Quranda son dərəcə açıq bir şəkildə əmr etmişdir. Bu ayələrdən bir neçə nümunə belədir:
... Allahdan qorxun və bilin ki, Allah, şübhəsiz şiddətli cəza verəndir. (Bəqərə surəsi, 196)
... Allahdan qorxun və bilin ki, siz Onun hüzuruna toplanacaqsınız. (Bəqərə surəsi, 203)
... Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir.  (Bəqərə surəsi, 231)
... Allahdan qorxun və bilin ki, Allah nə etdiklərinizi görəndir. (Bəqərə surəsi, 233)
Ey iman gətirənlər, Allahdan qorxun və (sizi) Ona (yaxınlaşdıracaq) vəsilə axtarın; Onun yolunda cəhd edin (səy göstərin), bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)
Mömin hər mövzuda olduğu kimi Allahın bu əmrini də qeyd-şərtsiz yerinə yetirməyə çalışır. Qurandan xəbərsiz cahil kəslər kimi, Allahdan qorxmağın lazım olub-olmadığı, Allah qorxusunun yoxsa Allah sevgisinin əhəmiyyətli olduğu, Allahı sevən bir kimsənin nə səbəbə Allahdan qorxması lazım olacağı kimi, şeytani şübhə və vəsvəsələrə qapılmaz. Allahdan qorxmağın, eynilə 5 vaxt namaz qılmaq, oruc tutmaq kimi "fərz qılınmış" bir ibadət olduğunu bilir və bu ibadəti ən gözəl şəkildə yerinə yetirməyə çalışır. Bununla birlikdə, Allah Quranda insanın nə səbəbə Özündən qorxması lazım olduğunun hikmətlərini də təfərrüatlı olaraq açıqlamışdır.
Peyğəmbərimiz (s.ə.v.) də bir hədisində Allah qorxusuyla əlaqədar olaraq belə buyurmuşdur:
Rəbbim mənə doqquz şey əmr etdi: Gizli halda da, aşkar halda da Allahdan qorxmağımı, qəzəbli və razılıq halında da ədalətli söz söyləməyimi, yoxsulluqda da, zənginlikdə də mövqeyimi saxlamağımı, məndən qopana da sıla - ı rəhm (dostluq) etməyimi, məni məhrum edənə də verməyimi, mənə zülm edəni bağışlamağımı, susmağımın təfəkkür olmasını, danışığımın zikr olmasını, baxışımın ibrət olmasını, marufu (doğru və gözəl olan) əmr etməyimi. (Kütüb-i Sitte, Muhtasarı Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 16-ci cild, Akçağ nəşirləri, Ankara, s. 317)

 Allah Qorxusu Necə Olmalidir?

Adnan Oktarin Ekin Tv-Dəki Canli Reportaji, 2 Mart 2009
ADNAN OKTAR: Allahdan qorxmaq demək, dəli aşiqin qorxusu, yəni Allahı hirsləndirməkdən çəkinmək, Allahın razılığından məhrum qalmaqdan qorxmaq. Aşiq sevdiyini hirsləndirməkdən çəkinər, onun sevgisinin yox olmasından çəkinər, budur Allah qorxusu. Yoxsa başqa bir mənası yoxdur. Məsələn, cəhənnəmə gedər, atəşdə yanar, amma əslində onu narahat edən Allah eşqini ifadə edə bilməməsidir, Allaha. Yəni aşiqin ehtiyacını Allah aşiqə belə bildirir. Allahdan qorxsa insan Allahın əmrlərinə çox diqqətlə yanaşar, Onu çox sevər, hörmət edər. Məsələn, eqoist olmaz, təkəbbürlü olmaz, şəfqətli olar, qoruyucu olar, nəfsinə düşkün olmaz, mənfəətlərinin arxasında olmaz, bağışlayıcı olar, Allahdan qorxub bağışlayıcı olar. Məsələn, bağışlamaq, sevgini davam etdirən bir gücdür. Məsələn, mərhəmət, sevgini davam etdirən bir gücdür. Məsələn, qoruyub müdafiə edərsən, yeməyinə, içməyinə diqqət yetirərsən, idmanına diqqət yetirərsən sevdiyinin, Allah rizası üçün. Bu məhz o Allah eşqinin bir təcəllisi olar. Yoxsa onlar Allahdan qorxmazsa insan eqoist, təkəbbürlü olar, sırf özünü düşünər, bağışlamaz, mənfəətləri kəsişdiyində sərt davrana bilər. Məsələn, şübhə edəndir, fədakar deyil, comərd olmaz, lazım olduğunda Allah üçün canını ortaya qoya bilməz. Bir çox mənfi neqativ hərəkət üzərinə yığılmış olar. Amma Allah qorxusu olanda hər şey ona gözəl görünər, yəni sevgini təmin edən, gözəlliyi təmin edən hər cür gözəllik Allah qorxusunun üstünə tam mənasıyla oturmuş olar.

Adnan Oktarin Çay TV-Dəki Canli Reportaji, 18 Mart 2009
ADNAN OKTAR: Səmimi müsəlman Allahdan qorxar, Allaha qarşı nəzakətdə qüsur etməz. Son dərəcə hörmətli bir üslubla danışar. Biz hər an ölə biləcək, Allahın təcəllisi olan varlıqlarıq və bu qədər balaca yerdə Allah bizi danışdırır və bizə görüntü göstərir... Əgər insan çox imanlıdırsa, Allahdan çox qorxarsa o sevincdən yuxu da gəlməz insana. Yəni içi-içinə sığmaz, cənnət sevinci, İslamın dünyaya hakimi olacağı sevinci, vəli insanların sözlərinin doğru çıxdığını görmə sevinci, gözəl əxlaqın sevinci, sevinclər o qədər çox ki, Allahın verdiyi nemətlərin sevinci... Amma hamısından üstün Allahın varlığının sevinci vardır, yəni sonsuz bir gücün idarəsindəyik. Nə böyük nemətdir əlhəmdülillah. Bunun sevinclərini yaşasınlar, əlbəttə, bunun nəticəsi olaraq insanda bir dirilik və canlılıq olar, amma hədəf bu olmaz. Biz belə bir gözəlliyi etdiyimiz üçün Allah bunu nemət olaraq verir inşaAllah.

Quranda Təsvir Edilən Allah Qorxusu

Quranda Təsvir Edilən Allah Qorxusu

Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün! (Ali İmran surəsi, 102)
Ayədə bildirilən "Allahdan necə qorxub çəkinmək lazım olduğu" Quranda son dərəcə açıq və təfərrüatlı bir şəkildə təsvir edilmiş bir mövzudur. Qorxunun nə şəkildə, necə bir ruh halında və nə şiddətdə olması lazım olduğu da Allahın ayələrində bir-bir izah edilmişdir. Onsuz da Quranın endirilmə məqsədlərinin ən əhəmiyyətlilərindən biri də budur:
Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.  (İbrahim surəsi, 52)
İndi Allah qorxusunun necə olması lazım olduğunu yenə Quran ayələrindən görək.

Allah Qorxusu Necə Artırılar?

Adnan Oktarin Denge Tv-Dəki Reportaji, 9 Dekabr 2009
ADNAN OKTAR:... Allah qorxusu öz-özünə inkişaf etməz, bunun səbəbləri vardır, məsələn, comərd olmaq, kasıblara kömək etmək, bu Allah qorxusunu artıran bir şeydir. Kasıbların borcunun vaxtını uzatmaq və yaxud tamamilə silmək, Quranda ifadə olunan bir əxlaq xüsusiyyətidir, yəni borcu tamamilə bağışlamaq. Əgər bunlar edilsə, iman həqiqətlərinə geniş yer verilsə, Quran oxunsa, Quranın dərinlikləri yaxşı qavranılsa, təvəkkül də insanlarda inkişaf edəcək. Təvəkkül bərəkət gətirər, rahatlıq gətirər, məsələn, ağaclar təvəkkül edər, Allah onlara olduğu yerdə yeməklərini verər. Amma məsələn, canavarlar, tülkülər təvəkkülsüzdür, həmişə ac gəzərlər diqqət etsəniz dağlarda, yəni günlərlə ac gəzdikləri olar həris olduqları üçün. İnsana təvəkkülsüzlük yaraşmaz, Allaha tam təslim olub ruzisinin Allahdan olduğunu bilərək bu çaxnaşmanı, bu narahatlığı tamamilə qəlblərindən atmaları lazımdır.

Adnan Oktarin Çay Tv-Dəki Canli Reportaji, 19 Yanvar 2009
ADNAN OKTAR: İnsan, düşünməyə qərar verdiyində yenə Allahın verdiyi o böyük neməti istifadə edəcək, səmimiyyətini və vicdanını istifadə edəcək. Səmimi olaraq düşünüldüyündə, məsələn, bir hüceyrənin quruluşu və yaxud bir ağcaqanadın həyatı, ağıllı düşünüldüyündə heyrətvericidir, çox həyəcan verəcək bir quruluş ortaya çıxar. Hüceyrəni araşdırdığımızda yenə o cür heyrətdən donarıq. Sanki bir şəhər kimidir insan hüceyrəsi. İstanbul şəhərini xatırladır. Elə bir quruluşu vardır. Biz bundan heyrətə düşərik. Heyrətə düşüncə Allaha sevgimiz daha artar. Allahdan qorxumuz daha artar. Allahdan qorxumuz artınca da Allahın göstərdiyi yola, yəni İslama həssaslığımz daha da artar. Və mükəmməl əxlaqlı olarıq.

Gücünün Çatdığı Qədər Allahdan Qorxmaq

Elə isə gücünüz çatdığı qədər Allahdan qorxub - çəkinin, dinləyin və itaət edin... (Təğabun surəsi, 16)
Allah Quranda insanlara sonsuz qüdrətini, mövqeyinin ucalığını və üstünlüyünü, Özünə qarşı gələnlər üçün hazırladığı əzabın şiddətini və böyüklüyünü təfərrüatlı olaraq izah etmişdir. Artıq bundan sonra insana düşən bu həqiqətləri səmimi olaraq və dərindən təfəkkür etməsi, niyyətində və etdiyi işlərdə həmişə bu həqiqətlərin şüurunda olaraq hərəkət etməsidir. Bunu da ayədə ifadə edildiyi kimi gücünün çatdığı dərəcədə etməyə çalışmalıdır. Yəni gücünün çatdığı qədər Allahın böyüklüyünü təqdir etməli, gücü çatdığı qədər Rəbbimizin təhdid etdiyi əzabın: cəhənnəm əzabının böyüklüyünü, ölçülərini və sonsuzluğunu təfəkkür etməlidir. Bunun nəticəsində ürəyində təbii olaraq Allah qorxusu meydana gələcək. Beləcə, mömin Quranda əmr edilən ibadətləri etməməkdən, haram qılınan şeyləri isə etməkdən gücü çatdığı qədər qorxub çəkinməlidir. Çünki qorxub çəkinməli olduğu şeylər də Quranda özünə təfərrüatlı olaraq bildirilmişdir:
Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər və ya ibrət alsınlar. (Taha surəsi, 113)
Burada vurğulanması lazım olan çox əhəmiyyətli bir nöqtə daha vardır: Allah qorxusu əldə edilməsi çətin olan, bəzi mərhələlərdən keçərək qazanılacaq bir hiss deyil. Əksinə şüuru açıq, düşünən hər insanın əksi mümkün olmayacaq şəkildə dərindən hiss etdiyi bir duyğudur. Bir insanın həqiqi Allah qorxusunu əldə edə bilməsi üçün tək bir səmimi təfəkkürü belə kafi ola bilər. İnsan yalnız bir an ölümü, ölümdən sonra qarşılaşacaqlarını düşünüb, Allaha qarşı hörmət dolu bir qorxu hiss edə bilər. Bu, tamamilə insanın düşünməsindən və ağlının istifadəsindən asılıdır.

Qəlbi Hörmət İlə Titrəyərək Qorxmaq

Allah digər dünyəvi qorxularla qarışdırılmaması üçün, Quranda Özündən qorxan bir möminin hisslərini və ruh halını da təsvir etmişdir. Möminin Allah qorxusu başqa heç bir qorxuya bənzəməyən, son dərəcə səmimi və hörmət dolu bir qorxudur. Bu qorxu digər qorxular kimi insana çətinlik və əzab verən bir qorxu növü deyil. Tam tərsinə, insana qulluğunu və acizliyini xatırladan, onun ağlını və şüurunu açıb inkişaf etdirən, insanı çox üstün bir əxlaq səviyyəsinə çatdıran bir qorxudur.
Bu qorxu möminin axirətə olan həsrətini artıran, ümid və şövqünü alovlandıran bir qorxudur. Allah qorxusu, möminin Allaha olan yaxınlığını və sevgisini qat-qat artıran, ona böyük mənəvi həzzlər yaşadan nəcib bir duyğudur. Quranda iman edənlərin daşıdıqları bu səmimi və hörmət dolu qorxudan bir çox ayədə bəhs edilir:
Həqiqətən, öz Rəbbindən Onu görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Mülk surəsi, 12)
Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. (Rad surəsi, 21)
... Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür (Qaf surəsi, 33)
Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir.  (Əhzab surəsi, 39)

Ümidlə Birlikdə Qorxu Hiss Etmək

Mömin Allahdan qorxarkən Allahın şəfqətini, mərhəmətini, bağışlayıcılığını, Onun lütf edən, tövbələri qəbul edən olduğunu da xatirindən çıxarmaz. Bu da onun qorxarkən, bir tərəfdən də içində çox şiddətli bir ümid daşımasına səbəb olar. İçindəki Allah qorxusu, Allahın bu sifətlərini də çox dərin və geniş bir şəkildə təfəkkür etməsinə, Allahın üstünlüyünü və böyüklüyünü çox daha yaxşı təqdir edə bilməsinə, bu səbəbdən, Allaha daha çox yaxınlaşmasına vəsilə olar. Allahın mərhəmətinin, şəfqətinin, bağışlamasının böyüklüyünü daha yaxşı dərk edər.
Məhz həqiqi mömin Allaha qorxu və ümid dolu bir ruh halı içində yönələr və dua edər:
Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər.. (Səcdə surəsi, 16)
Bu da Allah qorxusunun heç bir zaman ümidsizliyə, pessimizmə salmayan bir duyğu olduğunun göstəricisidir. Möminlərin davamlı ümid etmələrinin lazım olduğu Quranın bir çox yerində ifadə edilmişdir:
... Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır.. (Əraf surəsi, 56)
Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”  (Zumər surəsi, 53)
Ümidsizliyin isə inkar edənlərin bir xüsusiyyəti olduğu yenə ayələrdə bildirilmişdir:
Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.  (Ənkəbut surəsi, 23)
Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş adamlarla dostluq etməyin. Kafirlər qəbirdəkilərin bir daha diriləcəyinə inanmadıqları kimi, Axirət gününə də ümid etmirlər. (Mumtəhinə surəsi, 13)

Həqiqi Dinclik və Xoşbəxtliyin Qaynağı Allah Qorxusu və Allah Sevgisidir

Adnan Oktarin Kral Karadeniz Tv-Dəki Canli Reportaji, 16 Yanvar 2009
ADNAN OKTAR: Xoşbəxtlik Allah sevgisiylə, Allah qorxusuyla olar, bunun xaricində qəlblər nicat tapmaz, Allah açıq şəkildə ifadə etmiş, dəqiq ifadə etmiş Allah, şeytandan Allaha sığınıram "qəlblər ancaq Allahı zikr etməklə nicat tapar" deyir. Başqa cür mümkün deyil insanın xoşbəxt olması, qeyri-mümkündür.

Allah Qorxusunun Möminlərə Qazandırdığı Xüsusiyyətləri

Adnan Oktarin Kral Karadeniz Tv-Dəki Canli Reportaji (30 Mart 2009)
ADNAN OKTAR: Bəli, Allah qorxusu gözəl əxlaqla əlaqədar bütün funksiyalarımızı, bütün xüsusiyyətlərimizi istiqamətləndirən ən əhəmiyyətli gücdür. Məsələn, əgər Allah qorxusu olmasa, insan səbrə ehtiyac duymaya bilər. Əziyyətə dözə bilməz. Bağışlayıcı olmaya bilər. Yəni iradəsini bir çox nöqtədə isdifadə edə bilməz. Necə olsa Allah məni bağışlayar deyər, Quranda da bilirsiniz, onsuz da cənnətə gedərəm mən, gedə bilərəm deyər. Amma Allah qorxusu olduqda hər şeyi idarə olunan vəziyyətə gələr. Məsələn, namaza qalxmaya bilər, oruc tutmaya bilər, sevdikləri üçün bir fədakarlıq etməyə bilər. Bunlar da olmadığında, sevginin təməlidir bunlar, eşqin, ehtirasın əsasıdır, hamısı ortadan qalxar, insan sanki içi boş hala gəlir. Allah qorxusuyla insan böyük ayrıntılar qazanar. Yəni çalışqanlıq qazanar, dürüstlük qazanar. Məsələn, Allah qorxusuyla insan doğru söyləyər. Allahdan qorxmazsa mənfəəti üçün çox rahat yalan söyləyə bilər.
APARICI: İndiki vaxtda olur onsuz da.
ADNAN OKTAR: Təbii, dürüst olmanın mənşəyində Allah qorxusu var. Allahdan qorxduğu üçün doğru danışar. Məsələn, şahidliyi doğru edər. Yəni bir çox fitnəni, fücuru, qarışıqlığı, insanın ruhundakı anarxiyanı Allah qorxusu önləyər. Cənnətdən daha çox zövq almağımıza vəsilə olar. Yoxsa, başqa cür insanda bir tutqunluq, durğunluq meydana gəlir.

Möminlər Allahdan Nə Üçün Qorxarlar?

Möminlər Allahdan Nə Üçün Qorxarlar?

Möminlərin Allahdan qorxma səbəblərinə keçmədən əvvəl, əvvəlki səhifələrdə də vurğuladığımız bir nöqtəni təkrar xatırlatmaqda fayda görürük. Allah qorxusu, möminin imanını, şövqünü, Allaha olan sevgi və hörmətini coşduran bir duyğudur. İnsanı Allahın razı olmayacağı bir rəftar göstərməkdən çəkindirən, nəfsinin azğınlığını, sərhəd tanımaz günahlarının məhdudlaşdırılmasını, davamlı yaxşılıq istiqamətində hərəkətə keçirən bir qorxudur.
Bu qorxu onu Allahın əzabından uzaqlaşdıran, Allahın razılığına, rəhmətinə və cənnətinə yaxınlaşdıran, bundan ötəri də çox böyük bir mənəvi həzz ehtiva edən bir qorxudur. Mömini Allahın sərhədlərini qorumaqda, Allahın razılığını axtarmasında son dərəcə yüksək bir şüura, oyanıqlığa və tələbkarlığa yönəldər. Nəticədə, möminin dünyadakı bu qorxusu, onu qiyamət gününün qorxusundan və cəhənnəmdəki əbədi qorxu və dəhşətdən qurtaracaq. Bir ayədə belə buyurulur:
... Artıq bunların Rəbbi yanında mükafatları vardır, onlara qorxu yoxdur və onlar qəmli olmayacaqlar. (Bəqərə surəsi, 274)
Allahın təhdidindən və əzabından qorxan möminlər, Onun əmr və hökmlərinə son dərəcə dəqiqliklə əməl etdikləri üçün, Allahın bəyəndiyi üstün bir əxlaqa sahib olarlar. Təvazökar, xoş xasiyyətli, incə düşüncəli, fədakar, ağlı və şüuru açıq, Allahın yaratmasındakı üstünlükləri ən gözəl şəkildə təqdir edə bilən, yüksək şüura və böyük bir həssaslığa sahib ideal bir quruluş inkişaf etdirərlər. Qısacası, Allah qorxusu möminləri ruhən zənginləşdirən, onları cənnətə layiq bir həssaslığa qovuşduran, son dərəcə incə hikmətlərlə təchiz edən nəcib duyğudur; əbədi mükafat və xoşbəxtliyin açarıdır.

Allahın Uca Məqamından Qorxarlar

Allahı, Quranda tanıdıldığı kimi tanıyan və səmimi olaraq Onun sifətləri haqqında düşünən bir mömin əvvəl Allahın şəxsən Özündən, üstün və şərəfli mövqeyindən içi ürpərək qorxmağa başlayar. Allahın heybət və əzəmətindən, sonsuz qüdrət və üstünlüyündən ötəri, Onun zatına qarşı son dərəcə hörmət və heyranlıq dolu bir qorxu bəsləyər. Bu qorxu, Allahın üstün və uca məqamının şüurunda olan möminin ürəyində təbii olaraq meydana gələn bir qorxudur. Bu qorxunun dərəcəsi adamın imanının və təfəkkürünün dərinliyi dərəcəsində artar. Bu hörmət dolu qorxu Quranda "haşyet" olaraq da tanınır.
Allah sonsuz güc sahibidir, sonsuz bir elmə və sonsuz bir ağıla malikdir, dilədiyini dilədiyi kimi edər; Özü etdiyindən soruşulmaz, lakin O, insanları etdiklərindən sorğuya çəkəcəkdir. Rəbbimiz aləmlərdən müstağnidir, heç kimə ehtiyacı yoxdur, lakin bütün varlıqlar Ona möhtacdır. Hər kəsi və hər şeyi yoxdan var edən və hər an varlıqda tutan Allahdır; hər şeyin və hər kəsin sahibi Odur, dilərsə hər kəsi yox edib yerinə başqalarını yarada bilər. Heç bir şeyi unutmaz; Allah bir şeyi dilədisə ona "Ol" deyər və olar, Ona heç bir şey çətin gəlməz. Bütün bu sonsuz üstünlüklərin sahibi olan Allaha qarşı nəinki üsyankar bir rəftar almaq, hətta Onu unudaraq bir an keçirmək belə şüurlu bir insanın cəsarət edə biləcəyi bir şey deyil.
Allahı Quranda tanıdıldığı kimi tanıyan və Onun qüdrətini gərəyi kimi təqdir edən bir insan Allahdan hörmətlə çəkinər və Onun əzəmətindən qorxuya qapılar. Mömin Allahın böyüklüyünü, əzəmətini, qüdrətini bildiyi kimi "İntiqam alan", "Qəhr edən", "Əzab verən", "Zillətə düşürən" sifətlərini də bilir. Allahın razılığına əks olan bir rəftar, ya da danışığın qarşılıqsız qalmayacağını bilir. Allahın hər an hər şeydən xəbərdar olduğunu, hər yeri qucaqlayıb əhatə etdiyini, özünə şah damarından yaxın olduğunu bilərək hərəkət edər.
Məhz Allah möminin bu gözəl rəftarına qarşılıq onu dünyada və axirətdə əbədi olaraq rəhməti, razılığı və cənnətiylə mükafatlandırar:
Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir. (Rəhman surəsi, 46)
Əlbəttə ki, Allahı haqqıyla təqdir edə bilmək üçün Quran ayələrini çox yaxşı bilmək lazım olduğu kimi, Onun xarici dünyadakı ayələrini: dəlillərini də yaxşı bilib tanımaq şərtdir. Ən kiçik bir atomdan, ya da bir canlı hüceyrəsindən nəhəng ulduzlara hətta qalaktikalara qədər Allahın saysız yaradılış dəlilləri haqqında ətraflı məlumat sahibi olmaq insanın Allah qorxusunu artırar. Çünki bunları bilmək insanın, Allahın yaratdığı şeylərdə təcəlli edən sonsuz ağlına, gücünə, elminə çox daha yaxından şahid olmasını, Allahın qüdrətini, digər insanlara görə, daha çox təqdir edə bilməsini təmin edər. Bu da Ona qarşı duyduğu qorxu və haşyetin qat-qat artmasına vəsilə olar. Məhz Allah bu sirri bir ayəsində belə açıqlayır:
... Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır. (Fatir surəsi, 28)

Allahın Təhdidindən Qorxarlar

Allah bir ayəsində möminin, Öz mövqeyindən qorxduğu kimi, təhdidindən də qorxduğunu bildirir:
.. və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”.  (İbrahim surəsi, 14)
Allahın təhdidi, Rəbbimizə iman və itaət etməyən, Onun razılığını güdməyən, əmr və qadağanlarını tanımayanlar üçün vəd etdiyi fiziki, mənəvi sonsuz bir əzabdır. Bunun yeri də cəhənnəmdir. Mömin, bu dünyada heç kimin Allahın əzabından əmin ola bilməyəcəyini çox yaxşı bilir. Buna görə Allahın, inkarçılara vəd etdiyi cəhənnəmdəki dözülməz və sonsuz əzaba düşməkdən qorxar. Möminlərin bu ruh halı Quranda belə təsvir edilir:
O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər. O kəslər ki, Rəbbinin əzabından qorxurlar. Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil. (Məaric surəsi, 26-28)
Allahdan içləri titrəyərək qorxan möminlər, Quranı oxuyarkən cəhənnəmlə əlaqədar ayələrin hamısını tək-tək öz nəfsləri üzərində düşünürlər. Çünki Quran ayələrində, Allahın davamlı möminlərə xitab edən xəbərdar edib qorxutması yer alır; inkarçılar isə onsuz da Allahın kitabını oxumazlar, oxusalar da gərəyi kimi qavraya bilməzlər. Bu səbəbdən, möminlər, bu ayələrin Allahın mömin qullarını xəbərdar etmək və onları cəhənnəmdən çəkindirmək üçün olduğunu düşünürlər. Çünki, Qurandan öyüd ala biləcək və Allahın əzabından qorxub çəkinə biləcək yalnız özləridir. Bundan ötəri də digər insanları deyil, Quranda təriflənən təqva sahibi möminləri və üstün əxlaq sahibi peyğəmbərləri özlərinə nümunə götürürlər. Məhz bunun təbii bir nəticəsi olaraq "cəhənnəm ayələri digər insanları maraqlandırır, mən isə möminəm" kimi özündən əmin bir ruh halı içinə girməzlər. Əlbəttə, imanlarından ötəri Allahdan daim qurtuluşu və rəhmətini ümid edərlər. Ancaq bu, "... Rəbbinə qorxu və ümidlə dua edərlər..." (Səcdə surəsi, 16) ayəsində diqqət çəkildiyi yenə qorxuyla qarışıq bir ümiddir.
Allah Quranda insanları cəhənnəmdən çəkindirmək üçün bir çox xəbərdarlıq və xatırlatma etmişdir. Bəlkə qorxub çəkinsinlər deyə inkarçıları axirətdə qarşılaşacaqları əzabla təhdid etmişdir. Bu Quranda belə vurğulanır:
..”. De: “Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!” Onların üstündə də oddan təbəqələr, altında da oddan təbəqələr olacaqdır. Allah Öz qullarını bununla qorxudur. Ey qullarım! Məndən qorxun!  (Zumər surəsi, 15-16)
Həqiqət budur ki, Allah insanları istər ayələriylə, istər elçiləri vasitəsilə, istərsə də yaşadıqları hadisələrlə Özündən çəkindirir. Onları səsləyir, əzabıyla qorxudur. Amma bu xəbərdarlıqlar "... Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır. " (İsra surəsi, 60)ayəsinin bir təcəllisi olaraq inkarda dirənənlərə bir fayda vermədiyi kimi, nifrətini daha da artırar. Və o zaman da yalan hesab etdikləri əzab haqq olar. Allah ayələrdə belə buyurur:
Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay! Bəlkə insan özbaşına qoyulacağını güman edir?  (Qiyamət surəsi, 34-36)
Dünyada olduqları müddət ərzində Allah qorxusundan uzaq yaşayan və Allahın əzabını yalan hesab edənlər, hesaba çəkildikdən sonra kitablarını sol yanlarından alarlar və bu an artıq haqlarında hökmün verildiyi və sonsuz əzaba məhkum olduqları andır. Dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Daha çatmadan başlarına gələcəklərin qorxusu bütün mənliklərini əhatə edər. Psixoloji olaraq tamamilə çökmüş vəziyyətdədirlər. Süründürülərək cəhənnəmin qapısına çatarlar. O anı Allah ayələrində belə bildirir:
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, gəlmişdi!” – deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində haqq oldu. Onlara: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!” – deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir! (Zumər surəsi, 71-72)
Bu şəkildə bir daha əsla çıxmamaq üzrə cəhənnəmin qapılarından içəri girərlər. Cəhənnəmin qapıları üzərlərinə bağlanılar və kilidlənər. Heç bir qaçış imkanı yoxdur. Artıq bədənləri və ruhları sonsuza qədər dözülməz ağrılar içində qıvrılacaqdır. Amma gördükləri əzabların heç biri onları öldürməyəcəkdir. Hər dəfə dəriləri yenilənəcək və onlar işlərinin bitirilməsini istəyəcək, amma özlərinə belə cavab veriləcəkdir:
Onlar Cəhənnəm gözətçisini çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz burada əbədi qalacaqsınız!” – deyəcək.  (Zuxruf surəsi, 77)
Cəhənnəmdəki əzabların fərqli növləri vardır. Bunların hər biri insanın xəyal gücündən kənardır. İnkarçı cəhənnəmin odunu olar (Cin surəsi, 15), atəşin üstündə tutulub şam kimi əriyib, üzü atəşdə o yan-bu yana çevrilir, əlləri bağlı olaraq atəşin dar yerinə atılar, qaynadılar, dağlanar, bu haldaykən dəmirdən qamçılarla qamçılanar, qətrandan paltarlar geyər, atəşdən yataqlara uzadılar, üstünə atəşdən örtülər örtülər, darı tikanı və zəhərli zəqqum yeyər, qan və irin içər, başından aşağı qaynar su tökülər, içirdiləcək qaynar su bağırsaqlarını parça-parça qoparar, atəş üzünü yandırar, dişləri ağarmış halda qalar, nəfəs alıb-verməsi belə qəhr doludur. Bütün bunlar bir daha sona çatmayacaq olan fiziki əzabın yalnız bir hissəsidir.
Cəhənnəm əhli fiziki olduğu kimi psixoloji olaraq da acı çəkər. Çarəsizlik, ümidsizlik, peşmanlıq, alçaldılma, rəzil olma, kiçik düşmə, xorlanma, hirs, kin və çəkişmə duyğularının qarışığı nəticəsində yaşadıqları əzab da bir tərəfdən özlərini yeyib-bitirər. Bu qədər kütlənin arasında hər kəs yalnızdır və bir-birinə düşməndir. Davamlı bir-birlərini lənətləyərlər. Qışqırıqlar, hayqırışlar, yalvarmalar, qəhr dolu inləmələr bir-birinə qarışar.
Ancaq bunu unutmayın: Cəhənnəmdə bu əzabları yaşayanlar başqa varlıqlar deyil. Dünyada küçədən keçərkən gördüyünüz, bir qismini tanıdığınız, bildiyiniz insanlardır. Heç bir şey dəyişməmişdir, hamısı eyni şüur açıqlığında insanlardır. Bəlkə də heç gözləmədikləri bir anda ölüm mələkləri canlarını almış və özlərini etdiklərinin qarşılığını ödəyərkən görmüşlər. Allahın yaratdıqları arasında, Allahın bu böyük təhdidinin şüurunda olub davamlı qorxu və ümid içində yaşayanlar isə yalnız möminlərdir:
Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir. (Furqan surəsi, 65)
Bununla bərabər Allahdan bir rəhmət olaraq Peyğəmbərimiz (s.ə.v.)-in belə bir hədisi də vardır:
Hz. Peyğəmbər (s.ə.v.) belə buyurdu: "Ürəyində zərrə qədər iman olan kimsə atəşdən çıxacaq." Əbu Səid deyir ki: "Kim (bu xəbərin ifadə etdiyi həqiqətdən) şübhəyə düşsə bu ayəni oxusun: " Həqiqətən, Allah zərrə qədər haqsızlıq etməz... " (Nisa surəsi, 40) (Tirmizi, Sıfatu Cehennem 10, (2601))

Allahın Razılığını və Sevgisini İtirməkdən Qorxarlar

Səmimi və dərin bir Allah sevgisinə sahib olan möminlər bu sevgini bəsləyən ən əhəmiyyətli duyğunun yenə səmimi, dərin və hörmət dolu bir qorxu olduğunu çox yaxşı bilirlər. Allah sevgisinin tərifsiz mənəvi həzzini dadan möminlər, Allaha qarşı bir səhv və ya qüsur işləyərək ən çox sevdikləri varlığın sevgisini və razılığını, dostluğunu itirməkdən çox qorxurlar.
Allah qorxusu eyni zamanda Allah sevgisinin də qaynağıdır. Çünki Allah sevgisi ancaq Allaha yaxınlaşmaqla, Allahla dərin və səmimi bir əlaqəyə girməklə reallaşar. Allaha yaxınlaşmaq isə Onun sevgi və razılığını qazanmaqla, yəni Onun sərhədlərini qorumaqla və Onun əmrlərini yerinə yetirməklə mümkündür. Bu isə Allah qorxusu olmadan əldə edilə biləcək bir vəziyyət deyil. Çünki Allahdan qorxmayan bir insanın nəfsi, onu davamlı olaraq Allahın razı olmadığı şeyləri etməyə, razı olacağı şeylərdə isə laqeyd və zəiflik göstərməyə təşviq edər. Buna görə də Allah razılığını qazanmağın yeganə yolu Allah qorxusudur. Bu, Allahın qoyduğu bir qanundur. O halda, Allahdan gərəyi kimi qorxmadan Onun sevgisini və razılığını qazanacağını sanmaq böyük bir cahillik və aldanış olacaq.
Hər şeydən əvvəl Allah Özündən qorxmalarını insanlara əmr etmişdir. Buna görə, Allahın bu əmrini gözardı edib, yalnız Allahı sevməyin kafi olduğunu söyləməyin heç bir məntiqi ola bilməz. Allahdan qorxmadığı halda Onu sevdiyini söyləyən bir kimsə həqiqətdə özünü aldatmaqdan, vicdanını rahatlatmağa çalışmaqdan başqa bir şey etməz. Allah sevgisi dediyi şey, öz primitiv və səthi dünyagörüşüylə başında qurduğu bir sevgi növüdür. Həqiqi Allah sevgisiylə heç bir əlaqəsi yoxdur. Allahı həqiqətən çox sevən bir insan Onun əmrlərinə əməl etmək mövzusunda son dərəcə diqqətli və qərarlı olar. Allah Özündən qorxmağını əmr edər, bunun lazımlı olmadığını müdafiə edən bir insan, ancaq özünü aldada bilər. Həmçinin, bu ağılsız iddianın "oruc, namaz kimi ibadətlərə ehtiyac yoxdur" deməkdən heç bir fərqi yoxdur. Belələri, yalnız Allah qorxusu mövzusunda deyil, Allahın bir çox əmrini yerinə yetirməmək üçün də müxtəlif bəhanələrə müraciət edərlər.

Allahın Dünyada da Qarşılıq Verə Biləcəyini Bilirlər

Quranda, Allahın bəzi insanları işlədikləri cinayətlər səbəbiylə cəzalandırmasıyla əlaqədar bir çox nümunə var. Allah özlərinə bir çox fürsət verdiyi halda inkarda müqavimət göstərən insanlar, etdiklərinin qarşılığını daha dünyadaykən almışlar və insanların gözləri qarşısında ibrət olmuşlar.
Bu ibrət, özünə Allah böyük bir mülk və xəzinə verdiyi üçün ərköyünləşən və təkəbbürə qapılan Qarunun hekayəsində xüsusilə vurğulanır. İnsanlar əvvəl güc sahibi sandıqları Qarunun yanında böyük bir heyranlıq duymuşlar, amma sonra Allaha qarşı qorxmadan təkkəbbür göstərdiyinə görə məruz qaldığı sonunu gördükdə həqiqəti anlamışlar. Qarun, azğınlığının qarşılığını kimsənin heç ümid etmədiyi bir zamanda, görünməmiş bir şəkildə almış və insanlara böyük bir ibrət olmuşdur:
Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”. (Qəsəs surəsi, 79)
Nəhayət, onu da, malikanəsini da yerin dibinə keçirdik. Beləcə, Allaha qarşı ona yardım edə biləcək bir camaat da yox idi. Və o, öz-özünə kömək edə bilmədi.
Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi. Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!”  (Qəsəs surəsi, 81-82)
Quranın daxilində bildirilən və Qarun qissəsində də xüsusi olaraq diqqət çəkilən xüsus, Allahın nə qədər görkəmli, güc sahibi birlikləri dünyada əzablandırması və bununla insanlara Allahın əzabından özlərini qoruya bilməyəcəklərini göstərməsidir. Bu həqiqət başqa bir çox ayədə bildirilmişdir:
Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allah zülm etmirdi. Onlar özləri özlərinə zülm etmişdilər....  (Rum surəsi, 9)
... Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri məhv etmişdir? (Qəsəs surəsi, 78)
Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik. (Məryəm surəsi, 74)
Mömini başqa insanlardan fərqli edən şey bütün bunların şüurunda olub Allahdan içi titrəyərək qorxması və çəkinərək hərəkət etməsidir. Bir səhv və ya günah etdiyində Allahın o anda bunun qarşılığını verməyəcəyindən əmin ola bilməyəcəyi üçün dərhal Allaha yönəlib tövbə edər, Allahdan bağışlanma diləyər və peşmanlığını dilə gətirər.
Mömin, Allahdan çox qorxar, amma bununla birlikdə Allahın sonsuz mərhəmətinə də güvənər. Bu, yalnız axirəti düşünməyin gətirmiş olduğu bir həssaslıqdır.
Allah, Quranda bunun tam tərsini, yəni özlərinə əzabın gəldiyini gördükləri halda heç özlərinə aid etməyən və eyni rəftarlarını davam etdirən insanların vəziyyətindən belə bəhs edər:
Nəhayət o əzabı vadilərinə doğru gələn bir bulud şəklində gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. Hud dedi: “Xeyr! Bu sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir! O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcəkdir!” Onlar elə məhv oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar adamları belə cəzalandırırıq. (Əhqaf surəsi, 24-25)
Nəticə olaraq, Qurana baxdığımızda görürük ki, edilən heç bir pislik və günah - tövbə edilib, imtina edilmədiyi müddətcə- Allahın uca ədalətinin gərəyi olaraq qarşılıqsız qalmır. Amma bu qarşılıq, bəzən dünyada insanlara çatır, bəzən isə hesab günündə ortaya çıxır. Nankorluq edib, etdiklərindən imtina etməyənlər, Allahın özlərinə bir anda verəcəyi əzabından əsla arxayın olmamalıdırlar. Bu vəziyyət Quranda belə bildirilmişdir:
Allahın sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. (Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə dənizdə sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz.  (İsra surəsi, 68-69)
Bir insan məsuliyyətsiz bir həyat yaşaya bilməz. Çünki insan özbaşına deyil. Allaha qarşı məsuldur. Bunu rədd etsə çox şiddətli bir qarşılıq görər. Bütün güc Allahın əlindəykən belə bir cürət göstərmək, o adamın Allahın qədrini haqqıyla təqdir edə bilməməsindən başqa bir şey deyil. Çünki Allah istəsəydi, o anda adamdan bütün nemətlərini çəkib ala bilər. Allah ayələrində insanlara, əllərindəki hər cür nemətin bir anda alına biləcəyini belə xatırlatmışdır:
Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Yusif surəsi, 40)
Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar düz yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?
Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər.  (Yasin surəsi, 66-67)
Həqiqət budur, insan sahib olduğu hər şeyi, aldığı hər nəfəsi, yaşadığı hər anı Allaha borcludur. Məhz möminlər bu həqiqətlərin fərqində olduqlarından, Allahdan, Allahın sərhədlərini aşmaqdan daimi bir qorxu duyarlar.

Ölümə Hazırlıqsız Yaxalanmaqdan Qorxarlar

İnsan ölümlü bir varlıqdır. Ancaq orta hesabla 60 il kimi qısa bir müddət dünyada qalacaq. Bundan sonra isə onun üçün sonsuz bir həyat başlayacaq. Bu sonsuz həyatı, ya nemətlərlə doldurulmuş cənnətlər içində, ya da insanın ruhuna və bədəninə acı vermək üçün xüsusi olaraq yaradılmış bir əzab məkanı olan cəhənnəmin içində yaşayıb keçirəcəkdir. Allah dilədiyi an insanın dünyadakı həyatına son verib, axirətə keçirə bilər. Əmin olun ki, bu keçid bir göz qırpması qədər tez reallaşacaq.
İnsan öləcəyi, imtahanının sona çatacağı və haqqında qəti hökm veriləcəyi vaxtı bilə bilməz. Buna görə, bu an gəldiyində hazırlıqsız yaxalanmaqdan, hesabını verə bilməyəcəyi, laqeyd yanaşdığı, sonraya saxladığı mövzuların olmasından çox qorxub çəkinməsi lazımdır. Çünki ölüm mələkləri gəldiklərində artıq əskiklərini tamamlamaq, edilməsi lazım olan şeyləri düzəltmə kimi bir imkan olmayacaq. O ana qədər etdikləri yanına fayda və ya zərər olaraq qalacaq və bunlardan hesaba çəkilərək haqqında hökm veriləcək. Ölüm geriyə dönüşü olmayan bir həqiqətdir. İnsana, "öyüd alıb düşünən bir kimsənin öyüd-nəsihət ala biləcəyi qədər" (Fatir surəsi, 37) müddət verilmişdir. Ölüm gəldiyi anda bu müddət tamamlanmışdır. İnsan nə qədər yalvarıb-yaxarsa da özünə daha bir fürsət verilməz. Allaha qarşı yerinə yetirmədiyi məsuliyyətlərini yerinə yetirməsi üçün əlavə bir müddət verilməz. Allah, belə bir qəflətə və laqeyidsizliyə düşməmələri üçün möminləri belə xəbərdar etmişdir:
Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!” – deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır.  (Munafiqun surəsi, 10-11)
İnsan, heç bir zaman özünü və etdiklərini kafi görməməli, ölümün hər an reallaşa biləcəyinin şüurunda olaraq, geri dönüşü olmayan bir sona hazırlıqsız yaxalanmaqdan qorxmalı, hər anını Allahın sərhədlərini ən çox gözləməyə çalışaraq keçirməlidir.

Ölümü Düşünmək Allah Qorxusunun Artırar

Adnan Oktarin Tempo Tv-Dəki Canli Reportaji, 13 Yanvar 2009
ADNAN OKTAR: Ölüm çox böyük bir nemətdir. İnsanın Allaha qovuşması, cənnətə açılan bir qapıdır, mömin üçün inşaAllah. Və dünya ehtirasını ortadan qaldıran qəti dəlildir. Ölüm insanları əvəzolunmaz tərbiyə edən, əxlaqların nizama salan ən əhəmiyyətli səbəblərin əvvəlində gəlir. Çox təsir edər insana, bütün insanlara çox təsir edər ölüm. Və cəhənnəm qorxusu, yəni Allah qorxusu. Bunlar olduqda insanlar daha müşfiq, mərhəmətli, şəfqətli, daha ağıllı, daha mehriban, daha lətif, daha gözəl xasiyyətli olurlar. Və gözəl əxlaqın mənşəyini meydana gətirir bu zəmin. Ona görə ölümü, Allaha bir yaxınlaşma, cənnətə vəsilə kimi görərik və o istiqamətdə də onu nemət olaraq bilirik inşaAllah.

Qiyamət Günündən Qorxarlar

İman etməkdə olanların Allaha və qiyamət gününə qarşı bəslədikləri qorxu ayədə belə təsvir edilir:
O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və gələcək o Saatdan lərzəyə gəlirlər. (Ənbiya surəsi, 49)
Bir başqa ayədə də, iman edənlərin haqq-hesab gününə qarşı içlərində daşıdıqları qorxudan belə bəhs edilir:
O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)
Allah qorxusundan uzaq yaşayan insanların həyatları boyunca gözardı etdikləri, möminlərin isə çəkinərək hərəkət etdikləri hesab anı gəldiyində, insanın dünyada etdikləri bir-bir özünə göstəriləcək. Dünyada olduğu müddət ərzində hər etdiyi, hər niyyəti gözlər önünə səriləcək. Üstəlik, ən kiçik bir ayrıntı belə unudulmadan...
O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır  (Zəlzələ surəsi, 6-8)
Məhz o anda, Allahdan qorxub çəkinməkdə məsuliyyətsiz bir ömür sürənlər, başlarına gələcəklərini anlamışlar. Qorxu və peşmanlıqdan ölməyi, yox olmağı istəyərlər. Yaşadıqları dağıntı ayələrdə belə izah edilir:
Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi”.  (Haqqə surəsi, 25-29)
Kimin kitabı arxa tərəfindən veriləcəksə, o özünə ölüm diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.  (İnşiqaq surəsi, 10-15)
Bundan sonra artıq insanın kitabındakı əməlləri Allahın hesab günü üçün hazırladığı həssas tərəzilərlə çəkiləcəkdir. Və zərrə qədər belə haqsızlığa məruz qalmayacaq. Məhz o an insan əgər çəkinənlərdən deyilsə, çəkidə yüngül gələcək və tutulub zəncirə vurularaq aid olduğu yerə göndəriləcəkdir. Kimsə kimsəyə kömək edə bilməyəcəyi kimi insanın özünə də bir faydası olmayacaqdır. Çarəsizliyin ağrısı bütün mənliyini bürüyəcək.
Kimin tərəziləri yüngül gələrsə, məskəni Haviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur! (Qariə surəsi, 8-11)
Dünyada qorxusuz bir həyat yaşayan insanın Allaha qarşı işlədiyi bütün cinayətlər tək-tək ortaya tökülər. Yalnız etdikləri deyil, ürəyindən keçirdiyi bütün pisliklər də. O an hiss etdiyi utanc tərifsiz bir utancdır. Heç bir şeyi inkar edə bilməz. O, inkar etməyə qalxsa eşitmə, görmə duyğuları və dəriləri Allah dilədiyi üçün dilə gəlib danışar, əleyhinə şahidlik edərlər.
Məhz iman edənlərin hər an şuurlarını açıq saxlayan, onları çəkindirən və dəqiqliklərini artıran qorxu belə bir günün qorxusudur. Bilirlər ki, Allahın, "O inkar edənlər müsəlman olmalarını arzulayacaqlar" (Hicr surəsi, 2) ayəsi o gün təcəlli edəcək.
Hal-hazırda da imtahan davam edir və bir az əvvəl yuxarıda təsvir edilən mühitdə tərəziyə gətiriləcək olanlar içinə, bu an yaşadıqlarımız da daxil olacaq. Buna görə insanın dünyada olduğu müddət içində hesabını verə bilməyəcəyi hər şeydən çəkinməsi lazımdır. Onsuz da ağıl sahibi bir insan üçün bunun əksi mümkün deyil. Allah hər yeri və hər şeyi əhatə etmişkən və insana şah damarından daha yaxınkən, vəzifəli mələklər də ən kiçik təfərrüatı belə qeyd edərlərkən insanın müvəqqəti və dəyərsiz dünyəvi mövzularla özünü məşğul etməsi və hesab gününü unutması mümkün olan ən böyük qəflətdir.
İnsan səhər gözünü açdığı andan etibarən Allah özünə yeni bir gün, yeni bir fürsət daha yaratmış deməkdir. İnsan, dərhal Allaha hesab verəcəyi anı xatırlayıb, günə səmimi bir niyyətlə başlamalıdır. Niyyəti isə, Allahın razı olmayacağı və özünün də hesabını verə bilməyəcəyi hər şeydən uzaqlaşıb çəkinərək, hərəkət etmək olmalıdır. Unutmamaq lazımdır ki, o an gəldikdə həbs edilən sonsuz əzaba göndəriləcək olanlar, "kaş ki" deyəcək olan insanlardır.
Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi çaşdırmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın.  (Loğman surəsi, 33)