Allah Quranda Ondan Qorxmağı Əmr Edir
Hər şeydən əvvəl yaxşı bilinməlidir ki, Allah qorxusu bəzi cahil insanların sandıqları kimi, yalnız peyğəmbərlərə, ya da övliyalara xas xüsusi bir üstünlük deyil, bütün iman edənlərin ürəklərində daşıdıqları və digər bütün insanların da daşımaları lazım olan bir duyğudur. Çünki Allah Quranda Özündən qorxmağını əmr etmişdir:
Ey iman gətirənlər, Allahdan qorxun. Hər kəs sabah üçün nəyi təqdim etdiyinə baxsın. Allahdan qorxun. Heç şübhəsiz Allah, etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18)
Allah qorxusu bəzi kəslərin düşündüyü kimi bir qorxu da deyil. Allah qorxusu, Allahı çox sevən, Ona könüldən təslim olmuş, Allahdan başqa dost və vəkil qəbul etməyən möminlərin, Allahın razı olmayacağı bir rəftar göstərməkdən, Allahın məmnun olmayacağı bir əxlaq üzərində olmaqdan şiddətlə çəkinməsi, var gücü ilə Allahın rəhmətini və razılığını istəməsi və bunun üçün cəhd göstərməsidir. Bütün insanları Allah yaratmışdır və onları özlərini bilib tanıdıqlarından daha yaxşı bilib tanıyır. Hər kəsin ürəklərində gizli olanı, gizlinin də gizlisini bilir. Nəfsinin insana nə cür vəsvəsələr verdiyindən, nə cür oyunlar oynayacağından da çox yaxşı xəbərdardır. Çünki nəfsi yaradan, ona imtahan üçün sərhəd tanımaz pislikləri və bundan çəkinməyi ilham edən Allahdır. Şeytanı da imtahan mühitinin bir parçası olaraq yaratmış və ona bu məqsəd istiqamətində bəzi xüsusiyyətlər vermişdir.
Allah qorxusu isə bu imtahan mühitində möminin ən böyük dayağı olacaq. Çünki Allah qorxusu adamı hər an Allahın istədiyi kimi davranmağa, Onu razı salmağa çalışmaya, şeytanın və nəfsinin istəklərindən çəkinməyə, onların hiylə və oyunlarına qarşı oyanıq və tədbirli olmağa sövq edəcək. Bu da, insana öz sərhəd tanımaz istəklərinə əməl etməyə çalışan nəfsin və şeytanın heç xoşuna gəlməyən bir vəziyyətdir.
Bu səbəblə, şeytan və nəfsi, insanı ən başda Allah qorxusundan uzaqlaşdırmağa çalışar. Allahdan qorxmağın gərəksiz, hətta səhv olduğu, əsl əhəmiyyətli olanın Allah sevgisi və ürək təmizliyi olduğu kimi batil təlqinlərlə onun Allahdan qorxub çəkinməsini maneə törətmək istəyər. Halbuki, Quranı oxuyan şüurlu bir insan, şeytanın bu cür təlqinlərinin heç bir həqiqəti olmadığını, tamamilə azdırmaq və aldatmaq məqsədi daşıdığını rahatlıqla görər. Çünki Allah, möminlərə Özündən qorxmalarını Quranda son dərəcə açıq bir şəkildə əmr etmişdir. Bu ayələrdən bir neçə nümunə belədir:
... Allahdan qorxun və bilin ki, Allah, şübhəsiz şiddətli cəza verəndir. (Bəqərə surəsi, 196)
... Allahdan qorxun və bilin ki, siz Onun hüzuruna toplanacaqsınız. (Bəqərə surəsi, 203)
... Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir. (Bəqərə surəsi, 231)
... Allahdan qorxun və bilin ki, Allah nə etdiklərinizi görəndir. (Bəqərə surəsi, 233)
Ey iman gətirənlər, Allahdan qorxun və (sizi) Ona (yaxınlaşdıracaq) vəsilə axtarın; Onun yolunda cəhd edin (səy göstərin), bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)
Mömin hər mövzuda olduğu kimi Allahın bu əmrini də qeyd-şərtsiz yerinə yetirməyə çalışır. Qurandan xəbərsiz cahil kəslər kimi, Allahdan qorxmağın lazım olub-olmadığı, Allah qorxusunun yoxsa Allah sevgisinin əhəmiyyətli olduğu, Allahı sevən bir kimsənin nə səbəbə Allahdan qorxması lazım olacağı kimi, şeytani şübhə və vəsvəsələrə qapılmaz. Allahdan qorxmağın, eynilə 5 vaxt namaz qılmaq, oruc tutmaq kimi "fərz qılınmış" bir ibadət olduğunu bilir və bu ibadəti ən gözəl şəkildə yerinə yetirməyə çalışır. Bununla birlikdə, Allah Quranda insanın nə səbəbə Özündən qorxması lazım olduğunun hikmətlərini də təfərrüatlı olaraq açıqlamışdır.
Peyğəmbərimiz (s.ə.v.) də bir hədisində Allah qorxusuyla əlaqədar olaraq belə buyurmuşdur:
Rəbbim mənə doqquz şey əmr etdi: Gizli halda da, aşkar halda da Allahdan qorxmağımı, qəzəbli və razılıq halında da ədalətli söz söyləməyimi, yoxsulluqda da, zənginlikdə də mövqeyimi saxlamağımı, məndən qopana da sıla - ı rəhm (dostluq) etməyimi, məni məhrum edənə də verməyimi, mənə zülm edəni bağışlamağımı, susmağımın təfəkkür olmasını, danışığımın zikr olmasını, baxışımın ibrət olmasını, marufu (doğru və gözəl olan) əmr etməyimi. (Kütüb-i Sitte, Muhtasarı Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 16-ci cild, Akçağ nəşirləri, Ankara, s. 317)
Allah Qorxusu Necə Olmalidir?
Adnan Oktarin Ekin Tv-Dəki Canli Reportaji, 2 Mart 2009
ADNAN OKTAR: Allahdan qorxmaq demək, dəli aşiqin qorxusu, yəni Allahı hirsləndirməkdən çəkinmək, Allahın razılığından məhrum qalmaqdan qorxmaq. Aşiq sevdiyini hirsləndirməkdən çəkinər, onun sevgisinin yox olmasından çəkinər, budur Allah qorxusu. Yoxsa başqa bir mənası yoxdur. Məsələn, cəhənnəmə gedər, atəşdə yanar, amma əslində onu narahat edən Allah eşqini ifadə edə bilməməsidir, Allaha. Yəni aşiqin ehtiyacını Allah aşiqə belə bildirir. Allahdan qorxsa insan Allahın əmrlərinə çox diqqətlə yanaşar, Onu çox sevər, hörmət edər. Məsələn, eqoist olmaz, təkəbbürlü olmaz, şəfqətli olar, qoruyucu olar, nəfsinə düşkün olmaz, mənfəətlərinin arxasında olmaz, bağışlayıcı olar, Allahdan qorxub bağışlayıcı olar. Məsələn, bağışlamaq, sevgini davam etdirən bir gücdür. Məsələn, mərhəmət, sevgini davam etdirən bir gücdür. Məsələn, qoruyub müdafiə edərsən, yeməyinə, içməyinə diqqət yetirərsən, idmanına diqqət yetirərsən sevdiyinin, Allah rizası üçün. Bu məhz o Allah eşqinin bir təcəllisi olar. Yoxsa onlar Allahdan qorxmazsa insan eqoist, təkəbbürlü olar, sırf özünü düşünər, bağışlamaz, mənfəətləri kəsişdiyində sərt davrana bilər. Məsələn, şübhə edəndir, fədakar deyil, comərd olmaz, lazım olduğunda Allah üçün canını ortaya qoya bilməz. Bir çox mənfi neqativ hərəkət üzərinə yığılmış olar. Amma Allah qorxusu olanda hər şey ona gözəl görünər, yəni sevgini təmin edən, gözəlliyi təmin edən hər cür gözəllik Allah qorxusunun üstünə tam mənasıyla oturmuş olar.
Adnan Oktarin Çay TV-Dəki Canli Reportaji, 18 Mart 2009
ADNAN OKTAR: Səmimi müsəlman Allahdan qorxar, Allaha qarşı nəzakətdə qüsur etməz. Son dərəcə hörmətli bir üslubla danışar. Biz hər an ölə biləcək, Allahın təcəllisi olan varlıqlarıq və bu qədər balaca yerdə Allah bizi danışdırır və bizə görüntü göstərir... Əgər insan çox imanlıdırsa, Allahdan çox qorxarsa o sevincdən yuxu da gəlməz insana. Yəni içi-içinə sığmaz, cənnət sevinci, İslamın dünyaya hakimi olacağı sevinci, vəli insanların sözlərinin doğru çıxdığını görmə sevinci, gözəl əxlaqın sevinci, sevinclər o qədər çox ki, Allahın verdiyi nemətlərin sevinci... Amma hamısından üstün Allahın varlığının sevinci vardır, yəni sonsuz bir gücün idarəsindəyik. Nə böyük nemətdir əlhəmdülillah. Bunun sevinclərini yaşasınlar, əlbəttə, bunun nəticəsi olaraq insanda bir dirilik və canlılıq olar, amma hədəf bu olmaz. Biz belə bir gözəlliyi etdiyimiz üçün Allah bunu nemət olaraq verir inşaAllah.
Hiç yorum yok:
Yorum Gönder