Son Söz
Hal-hazırda cəhənnəmin kənarında olsanız və oradakı əzab mələklərinə cəhənnəm əhlinə müraciət edib etdikləri dözülməz işgəncələri gözünüzlə görsəniz, alov-alov yanan atəşin uğultusunu, cəhənnəm əhlinin fəryadını, sümüklərini çatladan inləmələrini, əziyyətlə nəfəs alıb-vermələrini, bir dəfə daha dünyaya geri dönmək istəyən peşmanlıq dolu yalvarışlarını eşitsəniz və sonra təkrar dünyadakı həyatınıza qaytarılsaz, görəsən həyatınızda nələr dəyişərdi? Heç şübhə yoxdur ki, içinizi təsvir edilməz bir qorxu bürüyər, tam fərqli bir insan olardınız. Həyatınızı tamamilə fərqli nizamlayardınız. Ətrafınızdakı insanların bu həqiqəti göz ardı etdikləri üçün böyük bir qəflət içində olduğunu düşünər, gücünüzün çatdığı qədər axirət üçün səy göstərərdiniz. Allaha qarşı günah sayılan hər şeydən şiddətlə çəkinərdiniz. Axirət həyatınızı riskə ala biləcək ən kiçik bir söz və ya davranış qorxudan içinizi titrədər, dərhal Allaha yalvara-yalvara, ürpərərək dua edər, bağışlanma diləyərdiniz. Gördükləriniz, eşitdikləriniz bir an olsun ağlınızdan çıxmaz, öz sonunuz üçün eyni ehtimalı düşünməkdən Allaha sığınardınız.
Allahın sevgisini qazanmaq, Onun əzabından qurtarmaq üçün malınızı, canınızı, bütün enerjinizi istifadə edərdiniz. Üstəlik, bunların hamısında ölənə qədər səbirli və qərarlı olar, qarşınıza bir çətinlik çıxsa belə bu sizə çətinlik kimi görünməzdi. Kimsə sizi yolunuzdan çevirə bilməz, Allahın razılığından güzəştə getdirə bilməzdi. Hər şərt və şəraitdə, hər vəziyyətdə axirətiniz üçün edə biləcəyinizin ən çoxunu edərdiniz. İnsanların, cəmiyyətlərin nə etdikləri, necə bir həyat tərzini mənimsədikləri, hansı ideologiyaların arxasından qaçdıqları sizi heç maraqlanmazdı. Hər halınızla və hər hərəkətinizlə yalnız Allahın məmnuniyyətini qazanmağa çalışardınız. Allahın əmr və qadağanları mövzusunda son dərəcə dəqiq olduğunuz kimi insanlara da bunu izah edər, hər gördüyünüz kimsəni bu həqiqətlə xəbərdar edərdiniz. Ən böyük hədəfiniz, tək məqsədiniz Allahın dostluğunu qazanmaq olardı və özünüzü tamamilə Ona təslim edərdiniz. Quranda bildirilən, "..., daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar, elələri var ki, yarılar, ondan sular çıxar, elələri vardır ki, Allah qorxusundan yuvarlanıb yerə düşər..." (Bəqərə surəsi, 74) ayəsindəki bənzətməylə vurğulanan qorxunun şiddəti sizin də üzərinizdə təcəlli edərdi.
Yaxşı, bu an cəhənnəmi görməmiş olmağınızmı sizi gərəyi kimi qorxub çəkinməkdən və buna görə yaşamaqdan saxlayan? Halbuki, Allah cəhənnəmin varlığını bir çox ayəsində xəbər verir, cəhənnəmi insanlara bütün təfərrüatlarıyla tanıdıb, ondan çəkindirdir. Qaldı ki, vaxtı gəldiyində cəhənnəmi görməyən insan qalmayacaqdır. Allah bunu qəti olaraq xəbər vermişdir. Ancaq ondan yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlər qurtarılacaq, digərləri diz üstü çökmüş bir şəkildə buraxılacaqlar:
İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik. (Məryəm Surəsi, 71-72)
Amma unutmayın ki, orada diz üstə çökmüş halda qaldıqdan sonra cəhənnəmi görmənin insana bir faydası olmaz. Çünki ora artıq geriyə dönüşü olmayan bir yerdir.
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32)
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32)
Hiç yorum yok:
Yorum Gönder